Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bərdə rayonunda şəhid Elzamin Təhməzovun adını daşıyan abidə-bulaq kompleksinin açılışı olub

Bərdə rayonunda şəhid Elzamin Təhməzovun adını daşıyan abidə-bulaq kompleksinin açılışı olub

09.09.2021 [17:20]

Bu günlərdə Bərdə rayonunun Uğurbəyli kəndindən olan şəhid polkovnik-leytenant Elzamin Kamal oğlu Təhməzovun xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub. Bununla əlaqədar olaraq şəhidin ailəsi ziyarət olunub, şəhidin xatirəsi yad edilib. 

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəqət Şadlinskaya və təşkilatın fəalları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən, onların qəhrəmanlıqlarından söz açıblar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, polkovnik-leytenant Elzamin Təhməzov 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə polkovnik-leytenant Elzamin Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Paylaş
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31