Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sumqayıtda ekoloji problemlər və onların həlli yolları müzakirə edilib

Sumqayıtda ekoloji problemlər və onların həlli yolları müzakirə edilib

09.09.2021 [17:45]

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə ekoloji problemlər və onların həlli yolları müzakirə edilib. Şəhərin ekoloji durumunun sağlamlaşdırılması məqsədilə keçirilən görüş Sumqayıtdan Milli Məclisə seçilmiş deputatların təşəbbüsü ilə reallaşıb.

Görüşdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisə deputatları Hicran Hüseynova, Tahir Mirkişili, Emin Hacıyev, Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və “Təmiz şəhər” ASC-nin sədri Etibar Abbasov iştirak edib.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, görüşdə məişət tullantıları poliqonunda mövcud vəziyyətin aradan qaldırılması, məişət tullantılarının çeşidlənməsi zavodunun tikilməsi, tullantıların daşınmasında istifadə olunan maşın-mexanizmlərin yenilənməsi, “Acı dərə” kanalının üzərində təmizləyici qurğunun tikilməsi və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı qeyd olunan problemlərin aradan qaldırılması üçün qarşıda duran vəzifələr və hədəflər müəyyənləşdirilib. Bu hədəflərə çatmaq üçün birgə səy göstəriləcəyi vurğulanıb.

Paylaş
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31