Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əli Kərimli indi də cəhənnəmə vasil olmuş qondarma qurum üçün “göz yaşı tökür”

Əli Kərimli indi də cəhənnəmə vasil olmuş qondarma qurum üçün “göz yaşı tökür”

10.09.2021 [09:33]

Radikal müxalifət düşərgəsinin və onun xaricdəki uzantılarının 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbəyə qarşı apardıqları qara piar kampaniyası səngimir. Sosial şəbəkələr vasitəsilə aparılan və ictimai rəyi çaşdırmağa yönələn bu çirkin təbliğatın xaricdəki ermənipərəst mərkəzlərin sifarişi ilə həyata keçirildiyi isə hər kəsə bəllidir. AXCP sədri Əli Kərimli və ermənipərəst Sevinc Osmanqızı isə bu işdə ən çox “fəallıq” göstərənlərdəndir. Belə ki, onlar indi də Azərbaycanın şanlı qələbəsinin ardından cəhənnəmə vasil olmuş qondarma “DQR” üçün “göz yaşı tökür”. Daha dəqiq desək, Əli Kərimli ermənipərəst Sevinc Osmanqızının internet televiziyasına müsahibəsində növbəti dəfə Ermənistanın guya bu müharibədə məğlub olmadığını və kapitulyasiyaya uğramadığını, qondarma rejimin hələ də yaşadığını iddia edib.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, radikal müxalifətin Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmaq cəhdləri onların xaricdəki ermənipərəst havadarlarından yeni sifariş aldıqlarını göstərir: “Radikal müxalifətin xarici ölkələrdəki uzantıları sosial şəbəkələrdə erməni maraqlarını müdafiə etməklə məşğuldurlar. Diqqət yetirsək, görərik ki, ermənilərin 44 günlük müharibə və onun nəticələri ilə bağlı aylardır sosial şəbəkələrdə yaymağa çalışdıqları dezinformasiyaların mahiyyəti radikal düşərgənin absurd iddiaları ilə uzlaşır. Bu, bir daha radikalların dövlət, xalq maraqlarına düşmən kəsildiyini ortaya qoyur, ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer aldıqlarını təsdiqləyir”.
Milli Məclisin deputatı Kamilə Əliyeva isə deyib ki, xaricdəki ermənipərəst mərkəzlərə xidmət edənlər çirkin kampaniyalarla böyük qələbəmizə kölgə salmağa, qondarma qurumun yenidən təbliğatını aparmağa cəhd göstərirlər: “Maraqlıdır ki, Ermənistan bu müharibədən tam məğlub ayrıldığını etiraf etsə də, radikal müxalifət və xaricdəki antimilli ünsürlər bunun əksini iddia etməyə çalışırlar. Qələbəmiz barədə bir kəlmə xoş söz deməyi özünə sığışdırmayanların bu gün Ermənistanın rəzil məğlubiyyətini gizlətməyə, yenidən absurd iddialarla gündəmə gəlməyə çalışmaları onların hansı məqsədlərə xidmət etdiklərini bir daha aşkara çıxarır. Cənab Prezidentimizin də bildirdiyi kimi, artıq “Dağlıq Qarabağ” adlı ifadə yoxdur. Azərbaycan Ordusu, Azərbaycan xalqı bu müharibədə əldə etdiyi qələbə ilə işğal altındakı bütün torpaqlarımızı azad edib. Bütün bunlara baxmayaraq Əli Kərimli kimilərinin başqa xülyalarla yaşaması isə onların hansı məqsədlərə qulluq göstərdiklərini ortaya çıxarır”.
Pərviz SADAYOĞLU

Paylaş
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31