Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanda siyasi gərginlik hökm sürür

Ermənistanda siyasi gərginlik hökm sürür

10.09.2021 [09:34]

Məğlub Ermənistanda siyasi qüvvələr növbəti seçkilərə hazırlaşır. Erməni mediasının yazdığına görə, oktyabr ayında ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Məlumata əsasən, bələdiyyə seçkilərinə parlamentdə təmsil olunan müxalif partiya və bloklar da maraq göstərirlər.
Ermənistan gündəminin əsas mövzularını seçkilərlə yanaşı, hakimiyyətin apardığı kadr dəyişiklikləri və həyata keçirdiyi sensasion həbslər də təşkil edir. “Newsarmenia.am” yazır ki, su komitəsi sədrinin səlahiyyətlərini icra edən Karen Sarkisyan vəzifəsindən azad edilərək Qeqarkunik (Göyçə) vilayətinin qubernatoru təyin edilib. Sayt yazır ki, K.Sarkisyan bu günlərdə ərazi idarəetmə və infrastruktur naziri təyin edilən Qnel Sanosyanın yerinə gətirilib.
Yeri gəlmişkən, uzun illər Ermənistanın baş prokuroru və istintaq komitəsinin sədri işləmiş Ağvan Hovsepyanın həbs olunması ətrafındakı qalmaqallar da səngimir. Məsələn, “Joğovurd” qəzeti keçmiş baş prokurorun həbsi ilə bağlı yeni təfərrüatlara diqqət yetirib. Qəzet yazır ki, sabiq baş prokurorun məhz indi həbs olunması yaxın dostlarının onu “satması” nəticəsində baş verib: “Tanınmış iş adamı Yura Qəribyan (“Şanti Yura”) A.Hovsepyana qarşı ifadə verib və hansısa torpaq sahələrindən bəhs edib. Onun əleyhinə ifadə verən ikinci şəxs A.Hovsepyanın yaxın dostu, su elektrik stansiyasının tikintisində iştirak edən Arşavir Sarkisyandır. Həbsin baş tutması ilə bağlı digər detallara gəlincə, A.Hovsepyanın ətrafında baş verənlər keçmiş baş prokurora havadarlıq edən baş nazir Nikol Paşinyanın sabiq müavini Tiqran Avinyanla bağlıdır. Deyilənə görə, indiyə qədər Hovsepyana qarşı cinayət işinin başlanmasına mane olan Avinyan idi və bu prosesin onun vəzifədən getməsindən sonra başlaması bunu sübut edir”.
“Hraparak” qəzeti isə yazır ki, parlament müxalifəti payızda yerli özünüidarəetmə orqanlarına keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşır.
Beləliklə, məğlub Ermənistanda siyasi qüvvələr yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərə gərginlik və qarşıdurma şəraitində gedirlər. Ekspertlərin fikrincə, hazırda parlamentdə davam edən siyasi qarşıdurmanın seçkiqabağı dövrdə yenidən küçələrə transfer olunması istisna deyil.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 35 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31