Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əlizamin Sadiqov: Vaksinasiya ölüm riskini kəskin şəkildə azaldır və xəstəliyin kliniki gedişini yüngülləşdirir

Əlizamin Sadiqov: Vaksinasiya ölüm riskini kəskin şəkildə azaldır və xəstəliyin kliniki gedişini yüngülləşdirir

10.09.2021 [09:39]

Artıq iki ilə yaxındır ki, bəşəriyyət yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə aparır. Onu da qeyd edək ki, COVID-19 bu vaxta qədər bir neçə dəfə mutasiya olunub. Eyni zamanda, son günlər COVID-19-un “mu” ştamı aşkarlanıb.
Yeni ştamla bağlı məlumat verən Tibb elmləri doktoru, professor Əlizamin Sadiqov bildirib ki, həmin ştam daha çox yoluxuculuq xüsusiyyətinə malikdir: “Ona görə də qabaqlayıcı tədbirlər görmək, tibbi maska taxmaq, sosial məsafəni qorumaq hər zaman vacibdir. Sürətli yoluxduruculuq qabiliyyətinə malik olan “mu” ştamı qonşu Türkiyədə aşkarlanıbsa, Azərbaycanda da həmin ştama yoluxmaq qaçılmazdır”.
Professor bildirib ki, “mu” ştamının simptomlarında xüsusi fərq yoxdur: “Ümumiyyətlə, koronavirusun mövcud olan bütün ştamları arasında kəskin simptom fərqi müşahidə edilmir. Ola bilər ki, hansısa kliniki əlamət bir ştamda daha kəskin, digərində daha zəif olsun. Bu, mümkündür. Misal üçün, “delta” ştamı yeni yayılmağa başlayanda mütəxəssislər qeyd edirdilər ki, həmin ştama yoluxma zamanı virus əsasən, üst tənəffüs yollarına təsir göstərir. Təcrübə əsasında isə aydın oldu ki, “delta” ştamı digərlərindən daha ağır gedişə malikdir və daha öldürücüdür”.
Ə.Sadiqovun deyib ki, hazırda COVID-19-dan qorunmağın əsas yolu vaksin vurdurmaqdır: “Bununla yanaşı, tibbi maskadan istifadəni, kütləvi toplaşmalardan yayınmağı unutmaq olmaz. Vətəndaşları qızıl qaydalara əməl etməyə və peyvənd vurdurmağa çağırıram. Çünki vaksinasiya, doğrudan da, ölüm riskini kəskin şəkildə azaldır və xəstəliyin kliniki gedişini yüngülləşdirir”.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31