Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əhalisi vaksinasiyadan keçməyən ölkələrdə COVID-19 mutasiyaya uğramağa davam edir

Əhalisi vaksinasiyadan keçməyən ölkələrdə COVID-19 mutasiyaya uğramağa davam edir

10.09.2021 [11:22]

“Yeniazerbaycan.com”un  “"Forbes.ru" saytına istinadən yaydığı məlumata görə, yeni növ koronvirusun (COVID-19) daha yoluxucu olduğu güman edilən “Delta” ştamı və peyvəndlərə müqavimət göstərmək potensialına malik olan “Mu” ştamının geniş yayılmasına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan təbili çalır.  Belə ki, ÜST rəsmi olaraq elan edib ki, dünyada COVID-19 infeksiyasına hər həftə 4-4,5 milyon yoluxma halı qeydə alınır. ÜST nümayəndələri pandemiya ilə əlaqədar keçirdikləri brifinqdə bildiriblər ki, COVID-19 əsasən əhalisi vaksinasiyadan keçməyən  ölkələrdə mutasiyaya uğramağa davam edir və buna görə də pandemiya üzərində qələbə qazanmaq çətin görünür. 

ÜST-ün Fövqəladə hallar üzrə proqramının icraçı direktoru Mayk Rayan bəyan edib ki, insanların virusu məhv olunması və ya ondan xilas olmağın mümkünlüyü barədə ehtimalları özünü doğrultmayıb. Rayanın sözlərinə görə, yeni növ koronavirus bizimlə qalacaq və qrip pandemiyasına səbəb olan viruslar kimi inkişaf edəcək və insana ciddi təsir edən viruslardan birinə çevriləcək. İcraçı direktor onu da əlavə edib ki, hazırda "ən təhlükəli" koronavirusun “Delta” ştamıdır.

Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-la mübarizə üzrə qrupunun rəhbəri Maria van Kerxove isə brifinq zamanı deyib ki, yoluxma qabiliyyətinin artması səbəbindən ən çox narahatlıq doğuran “Delta” variantıdır. O qeyd edib ki, “Delta” ştamının yayılma sürəti 2019-cu ilin sonunda Çində aşkar edilmiş yeni növ koronavirusun orijinal variantının yoluxma sürətindən iki dəfə çoxdur. 

M.Kerxove deyib ki, həftədə rəsmi olaraq qeydə alınan xəstəlik hallarının sayı 4,4-4,5 milyon, ölümlərin sayı isə 67-68 min arasında sabitləşib. Onun sözlərinə görə, dünyanın müxtəlif regionlarında pandemiyanın inkişafı ilə bağlı çox fərqli bir vəziyyət mövcuddur və koronavirus peyvənd edilməmiş insanlar arasında ən aktiv şəkildə yayılır. ÜST rəsmisi onu da vurğulayıb ki, dünya əhalisinin əksəriyyəti hələ də koronavirusa qarşı peyvənd olunmayıb.

 

Paylaş
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31