Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu ilin 8 ayında Azərbaycanda ÜDM 3,6 faiz artıb

Bu ilin 8 ayında Azərbaycanda ÜDM 3,6 faiz artıb

10.09.2021 [12:41]

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM 3,6 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, cari ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatı 3,6 faiz, qeyri-neft sektoru 5,5 faiz artıb. Bu artıma, həmçinin özəl şirkətlər tərəfindən əsas kapitala investisiya qoyuluşlarının çoxalması hesabına nail olunub. Yanvar-iyul aylarında Azərbaycanda özəl şirkətlər əsas kapitala investisiyaları 11,7 faiz artırıblar.

Paylaş
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31