Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / FHN: Kəmaləddin Heydərov Rusiyanın fövqəladə hallar nazirinin həlak olması ilə bağlı başsağlığı verib

FHN: Kəmaləddin Heydərov Rusiyanın fövqəladə hallar nazirinin həlak olması ilə bağlı başsağlığı verib

10.09.2021 [12:55]

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri ordu generalı Yevgeni Ziniçevin faciəli şəkildə həlak olması ilə bağlı nazirliyin kollektivinə başsağlığı məktubu göndərib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda rusiyalı nazirin ölkəsinin təhlükəsizliyinin təmin olunmasına hər zaman xidmət etdiyini xatırladan nazir K.Heydərov onun insan həyatını xilas edərkən qəhrəmancasına həlak olduğunu qeyd edib. İstedadlı rəhbər, dövlət xadimi və hörmətli həmkar olaraq Yevgeni Ziniçevin həlak olması xəbərinin kədərlə qarşılandığını bildirən Kəmaləddin Heydərov Rusiya FHN-in kollektivinə dərin hüznlə başsağlığı verib.

Paylaş
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31