Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cavanşir Paşazadə: Dövlətimiz azad olunmuş ərazilərə böyük qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir

Cavanşir Paşazadə: Dövlətimiz azad olunmuş ərazilərə böyük qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir

10.09.2021 [13:44]

“Postmüharibə mərhələsində qalib Azərbaycanın qarşısında yeni çağırışlar dayanır. Bu çağırışlar, ilk növbədə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışı təmin etməklə bağlıdır”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, dövlətimiz azad olunmuş ərazilərə böyük qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydanına çevrilib. Burada Böyük Qayıdışı təmin etmək üçün əvvəlcə ərazilər minalardan təmizlənir. Bunun ardınca isə həm şəhər və kəndlərin bərpası həyata keçirilir, həm də müxtəlif istiqamətlərdə zəruri infrastrukturun yaradılması ilə bağlı layihələr reallaşdırılır. 

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasına və burada zəruri infrastruktur quruculuğuna böyük önəm verir. Dövlətimizin  başçısı müharibə başa çatandan sonra birinci xanım Mehriban Əliyeva ilə birlikdə dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfər edərək, burada çoxsaylı infarstruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərinə qatılaraq Özünün dəyərli tövsiyələrini verib.

Cavanşir Paşazadə qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib: “Bu da təsadüfi deyil. Müasir yol-nəqliyyat infrastrukturu olmadan həmin ərazilərə soydaşlarımızın geri qayıtmalarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil. Azərbaycanın işğaldan azad edilmiş ərazilərə həyatı qaytarmaqla bağlı planları genişdir. O cümlədən bəhs olunan ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Bu potensialdan bəhrələnmək üçün, ilk növbədə, yaxşı yollar olmalıdır. Digər bir amilə də diqqət yetirək. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər dağlıq relyefə malikdir. Yol olmadığına görə Kəlbəcərin, Laçının bir sıra yaşayış məntəqələrinə qış aylarında getmək mümkün deyil. Bərpa proqramı çərçivəsində layihələndirilən yeni yollar işğaldan azad olunmuş ərazilərə qış aylarında da rahat gediş-gəlişi təmin edəcək. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə çəkilən yollar həm iqtisadi, həm də sosial baxımdan böyük önəm daşıyır. Bu istiqamətdə dövlətimiz önəmli layihələr həyata keçirir”.

Paylaş
Baxılıb: 356 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31