Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Qarabağ” – “Bazel” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ” – “Bazel” oyununun biletləri satışa çıxarılıb

10.09.2021 [14:34]

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) oyununun biletləri satışa çıxarılıb.

AZƏRTAC Ağdam təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10 və 40 manat təşkil edir.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

İkinci və üçüncü kateqoriya biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından saat 11:00-dan 19:00-dək əldə etmək mümkündür. “FAW Azərbaycan”da isə (həftə içi saat 10:00-dan 17:00-dək; həftə sonları saat 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya biletlər satışdadır.

Bundan əlavə, Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış) və “Park Bulvar”dakı “Qarabağ”ın fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.

Paylaş
Baxılıb: 40 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31