Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əlisahib Hüseynov: Füzuli Beynəlxalq Hava Limanına ilk uçuşun həyata keçirilməsi hamımızı qürurlandıran əlamətdar hadisədir

Əlisahib Hüseynov: Füzuli Beynəlxalq Hava Limanına ilk uçuşun həyata keçirilməsi hamımızı qürurlandıran əlamətdar hadisədir

10.09.2021 [16:01]

"Füzuli Beynəlxalq Hava Limanına ilk uçuşun həyata keçirilməsi  hamımızı qürurlandıran əlamətdar hadisədir".

Bu fikri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, bir neçə gün öncə  Bakıdan qalxan "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A340-500" tipli sərnişin təyyarəsi işğaldan azad olunmuş Qarabağın ilk hava limanında – Füzuli Beynəlxalq Hava Limanında enib. "Qarabağ" adını daşıyan həmin təyyarənin ilk sərnişinləri arasında jurnalistlərimiz də olub. Sərnişin təyyarəsinin Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib və uğurla yekunlaşıb. Eyni zamanda, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli Hava Limanına eniş etməklə Qarabağa ilk dəfə hava yolu vasitəsilə mühüm yükləri çatdırıb.

Partiya sədrinin sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə inşası işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə getdiyini bir daha təsdiqləyir: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk gündən Füzuli Beynəlxalq Hava Limanını Qarabağın hava qapısı adlandırıb. Bu qapının açılmasının həm siyasi, həm iqtisadi, həm də təbii ki, böyük tarixi əhəmiyyəti vardır. Bu xoş hadisəni Azərbaycanımızın çox mühüm strateji uğurlarından biri hesab etmək olar. Azərbaycan işğaldan azad edilmiş torpaqlarda qələbəsini inamla və ardıcıllıqla möhkəmləndirir. Azad Qarabağımızın ilk hava limanında ilk təyyarələrin uğurlu enişi münasibətilə xalqımızı təbrik edirik. Qəhrəman Ordumuzun 44 günlük müharibədəki parlaq Zəfəri yeni-yeni uğurlarımızla davam edir!"

NARDAR

Paylaş
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31