Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elşən Musayev: Ölkəmizin hər bir bölgəsinin davamlı inkişafı dövlətimizin diqqət mərkəzindədir

Elşən Musayev: Ölkəmizin hər bir bölgəsinin davamlı inkişafı dövlətimizin diqqət mərkəzindədir

10.09.2021 [16:21]

"Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri bir daha göstərdi ki, ölkəmizin hər bir bölgəsinin davamlı inkişafı dövlətimizin diqqət mərkəzindədir. Sumqayıt şəhərinin timsalında Azərbaycanda regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirildiyini görürük".

Bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev deyib.

E.Musayev bildirib ki, pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, Azərbaycan regionda iqtisadi inkişaf dinamikasını və investisiya cəlbediciliyini qoruyub saxlamağı bacarıb. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu iqtisadi siyasət nəticəsində mümkün olub.

Partiya sədrinin sözlərinə görə, 2021-ci ilin yanvar-iyul aylarının yekunlarına əsasən, ölkəmizdə qeyri-neft sənaye sahəsində 16,4 faizlik artımın olması sənayeləşmə istiqamətində atılan addımların müsbət nəticə verdiyini bir daha təsdiqləyir. Pandemiya şəraitində bu yüksək artım tempi xüsusilə diqqətəlayiq hal kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə strategiyası qeyri-neft sektorunun davamlı inkişafını təmin edir ki, bu da xaricdən idxalın əhəmiyyətli dərəcədə azaldılmasına gətirib çıxarır. Nəticədə isə ölkədən valyuta axınının qarşısı alınmış olur.

"Ölkəmizdə qeyri-neft sənayesinin inkişafını təmin etmək məqsədilə müxtəlif proqramlar həyata keçirilir. Bu istiqamətdə görülən işlərə sənaye və yüksək texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılmasını misal göstərmək mümkündür. Eyni zamanda, stimullaşdırıcı vergi və gömrük güzəştlərinin tətbiq edilməsi də qeyri-neft sənayesinin inkişafına istiqamətlənmiş mühüm amillərdəndir", - deyə E.Musayev vurğulayıb.

Paylaş
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31