Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dietoloqlar qan təzyiqini aşağı salan vasitələrin adlarını açıqlayıblar

Dietoloqlar qan təzyiqini aşağı salan vasitələrin adlarını açıqlayıblar

10.09.2021 [16:46]

“Yeniazerbaycan.com” Rusiyanın “Lenta.ru” portalına istinadən xəbər verir ki, amerikalı qidalanma mütəxəssisi (dietoloq) Lauren Harris-Pinkus qan təzyiqini aşağı salmaq üçün səhər hansı içkini qəbul etməyi müəyyən edib.

Harris-Pinkusa görə, araşdırmalar göstərir ki, səhərlər müntəzəm hibiskus bitkisinin çayını (əməköməcilər fəsiləsinə aid bitki) içmək hipertoniyadan əziyyət çəkən və birinci dərəcəli hipertoniyalı insanların qan təzyiqini aşağı salmağa kömək edə bilər: "Tədqiqatın nəticəsinə görə, gündə üç fincan hibiskus çayı içənlərdə qan təzyiqinin bəzi standart dərmanları qəbul edənlərlə eyni şəkildə aşağı düşməsi sübut olunub".

İçkinin daha yaxşı təsir etməsi və dadlı olması üçün qidalanma mütəxəssisi ona bir az təzə sıxılmış nar suyu əlavə etməyi məsləhət görür: “Nar suyunun tərkibində polifenol antioksidantlar var. Tünd qırmızı nar toxumlarında antosianinlər, toxumların ətrafında qabıq və ağ ətdə ellaqitanninlər var”. 

Həkim hipertonyanın profikaltikasına hər səhər bir fincan hibiskus bitkisinin çayı ilə başlamağı məsləhət görür. 

Bundan əvvəl dietloqYelena Solomatina narın müalicəvi xüsusiyyətləri barədə söz açıb. Onun sözlərinə görə, nar immunitet sistemini gücləndirir, iltihab əleyhinə və şiş əleyhinə təsir göstərir, qan damarlarının vəziyyətini yaxşılaşdırır.

Paylaş
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31