Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qazaxıstan Parlamenti Məclisinin komitə sədri Milli Məclisdə olub

Qazaxıstan Parlamenti Məclisinin komitə sədri Milli Məclisdə olub

10.09.2021 [19:47]

Sentyabrın 10-da Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonağı salamlayan Milli Məclis sədrinin müavini Azərbaycan ilə Qazaxıstan arasında çoxəsrlik tarixə malik dostluq əlaqələrinin olduğunu deyib. Vurğulayıb ki, bu gün ölkələrimizin ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etməsi təqdirəlayiqdir. Dövlət başçıları səviyyəsində münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilməsi, yüksək səviyyəli rəsmi və işgüzar səfərlərin həyata keçirilməsi müxtəlif sahələrdə mühüm addımların atılmasını və müsbət nəticələrin əldə olunmasını şərtləndirir. Ölkələrimizin qlobal arenada, beynəlxalq təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləməsi də pozitiv hal kimi xüsusi önəm daşıyır.

Milli Məclis sədrinin müavini qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq 30 illik erməni işğalına son qoyub. Ölkəmiz ərazi bütövlüyünü bərpa edib və artıq münaqişə tarixə qovuşub. O bildirib ki, Qazaxıstan Parlamenti Məclisinin nümayəndə heyəti işğaldan azad olunmuş Şuşa şəhərinə - Azərbaycanın mədəniyyət paytaxtına səfər zamanı reallıqların şahidi olacaq.

Qonaqlara məlumat verilib ki, bu gün Azərbaycan dövləti ermənilər tərəfindən dağıdılmış Şuşada və digər ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparır, o cümlədən erməni vandalizminə məruz qalmış tarixi, dini və mədəni abidələr bərpa olunur.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan Azərbaycanın 44 günlük müharibə nəticəsində torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışan qonaq tezliklə azad olunmuş torpaqların bərpa olunacağına əminliyini ifadə edib. Bildirib ki, qısa müddət ərzində Füzuli aeroportunun istifadəyə verilməsi bunu deməyə əsas verir.

Söhbət zamanı iki ölkənin parlamentləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinin, deputatların qarşılıqlı səfərlərinin sayının artırılmasının vacibliyi qeyd olunub.

Görüşdə Milli Məclisin deputatları, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Etibar Əliyev, Anar Məmmədov, Naqif Həmzəyev, Sadiq Qurbanov, Fatma Yıldırım, Qazaxıstan parlamentinin deputatları, Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31