Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 4 ay əvvəlki hadisə təkrar olundu – İdlibdə nə baş verir?

4 ay əvvəlki hadisə təkrar olundu – İdlibdə nə baş verir?

13.09.2021 [11:47]

Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin əsgərləri terrorçuların hücumuna məruz qalıb. Hücum nəticəsində Türkiyə ordusunun üç əsgəri şəhid olub, üçü isə yaralanıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bölgədə axtarış-təmizləmə əməliyyatları həyata keçirən hərbçilərin hərəkətdə olduğu zaman hücuma məruz qaldıqları bildirilib. Hücum nəticəsində yaralı hərbi qulluqçular dərhal xəstəxanaya yerləşdiriliblər.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı məktubu ünvanlayıb.

Başsağlığı məktubunda Suriyanın İdlib şəhərində xaincəsinə edilmiş hücum nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatların dərin kədər hissi ilə qarşılandığı ifadə edilib. Azərbaycanın müdafiə naziri həlak olanlara rəhmət diləyib, yaralılara Tanrıdan şəfa diləyib.

“Sizin acınız bizim də acımızdır” ifadəsinin xüsusi vurğulandığı məktubda, həmçinin Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorizmlə mübarizə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminlik ifadə olunub və qardaş ölkənin ordusuna uğur arzu edilib.

Xatırladaq ki, 4 ay əvvəl - bu ilin may ayının 11 də  Türk Silahlı Qüvvələrinin Suriyanın şimalında İdlib bölgəsində “Bahar qalxanı” əməliyyatını həyata keçirdiyi bölgədə terrorçular tərəfindən türk əsgərlərinə hücum olub.

Türkiyə müdafiə nazirliyinin məlumatına əsasən, həmin hadisədə türk əsgərlərindən biri şəhid olmuş, dördü yaralanmışdı. Hadisə terrorçuların Türkiyəyə məxsus təchizat konvoyuna hücumu nəticəsində baş vermişdi. Hücumdan sonra terror qruplaşmalarına aid hədəflər məhv edilmişdi.

Paylaş:
Baxılıb: 235 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30