Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

15.09.2021 [14:55]

Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında bununla bağlı paylaşım edib. Paylaşımda deyilir:

“Əziz məktəblilər və tələbələr!

Sizi Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəli olsun və sizə çoxlu bilik, uğur və nailiyyətlər gətirsin! Sizin zəruri bilik və vərdişlər qazanmağınıza, istedad və qabiliyyətinizi inkişaf etdirməyinizə kömək göstərən bütün müəllimlərə təşəkkürümü bildirirəm! Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq, gözəl əhval-ruhiyyə və əla qiymətlər arzulayıram!”.

Paylaş
Baxılıb: 22 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31