Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ümumrespublika "Xəmsə" Festivalının şimal-qərb regionu üzrə VI turu keçirilib

Ümumrespublika "Xəmsə" Festivalının şimal-qərb regionu üzrə VI turu keçirilib

17.09.2021 [15:48]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş Ümumrespublika "Xəmsə" Festivalının növbəti - VI regional turu sentyabrın 17-də Şəki şəhərində reallaşıb.

Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan regional yarışda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını təmsil edən bitərəf və YAP üzvü olan gənclərdən formalaşmış komandalar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Bilik yarışının açılış mərasimində YAP Şəki təşkilatı sədrinin səlahiyyətlərini icra edən Həsən Həsənov çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyini diqqətə çatdırıb. Bildirilib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsidir.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxışında dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində elmə, təhsilə həmişə böyük dəyər verildiyini diqqətə çatdırıb. Partiyanın Gənclər Birliyinin sədri Ümumrespublika "Xəmsə" Festivalının gənclər arasında böyük marağa səbəb olduğunu bildirib, gənclərə milli-mənəvi dəyərlərimizi aşılamaq baxımından layihənin əhəmiyyətini xüsusi qeyd edib, iştirakçılara bilik yarışında uğurlar arzulayıb. Qeyd olunub ki, layihə çərçivəsində iştirakçı gənclər həm bölgələrimizə səfər edir, eyni zamanda, digər bölgələrdən olan gəncləri tanımaqla öz əhatə dairələrini daha da genişləndirirlər. Belə tədbirlər gənclərimizin tariximizlə bağlı bilgilərini artırmaqla yanaşı, region gəncləri arasında əlaqələrin genişlənməsinə də töhfə verir.

Çıxışlardan sonra intellektual yarışmaya start verilib.

Şimal-qərb bölgəsinin 6 rayonunu təmsil edən bitərəf və YAP üzvləri olan gənclərdən formalaşmış komandaların iştirakı ilə keçirilən intellektual yarışın yekunda Qəbələ rayonunun komandası qalib gələrək, festivalın Gəncə şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.

Paylaş
Baxılıb: 24 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31