Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bəxtiyar İslamov: “Xəmsə” Festivalı gənclərin intellektual potensialının inkişafına yönəlmiş layihədir

Bəxtiyar İslamov: “Xəmsə” Festivalı gənclərin intellektual potensialının inkişafına yönəlmiş layihədir

17.09.2021 [17:05]

Ümumrespublika “Xəmsə” Festivalı intellektual yarışdır. Festival dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub. Dahi şair öz əsərlərində elmə, təhsilə həmişə yüksək dəyər verib. “Xəmsə” Festivalı gənclərin fərdi və intellektual potensialının inkişafına yönəlmiş layihədir. Bu layihənin Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üçün vacib məqamlarından biri də odur ki, Festivalda sadəcə YAP üzvü olan gənclər deyil, eyni zamanda, heç bir partiya mənsubiyyəti olmayan bitərəf gənclər də iştirak edirlər.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ümumrespublika “Xəmsə” Festivalının Şəkidə keçirilən regional turunda iştirak edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.

Ümumilikdə, festivalda ölkə üzrə iştirak edən 420 gəncin 200 nəfərdən çoxunun YAP sıralarında təmsil olunmadığını diqqətə çatdıran qurumun rəsmisi bildirib ki, Gənclər Birliyi olaraq fəaliyyətlərində yalnız öz üzvləri ilə deyil, bütün gənclərlə açıq şəkildə dialoq qurmağa, əməkdaşlıq etməyə həmişə hazırdırlar.

“Həyata keçirdiyimiz layihələrdə YAP üzvləri ilə yanaşı, heç bir partiya mənsubiyyəti olmayan gənclər də fəal iştirak edirlər. Düşünürük ki, siyasi düşüncəsindən, mənsubiyyətindən asılı olmayaraq, bütün gənclərlə ortaq məxrəcə gələrək, ümummilli maraqlara xidmət edə biləcəyimiz bir çox məqamlar var. Bundan sonrakı fəaliyyətimizdə də mövqeyindən asılı olmayaraq sağlam düşüncəli gənclərlə əməkdaşlıq etməyə hər an hazırıq”, - deyə Bəxtiyar İslamov vurğulayıb.

Paylaş
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31