Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tramp: “ABŞ kimi bir ölkə olmayacaq”

Tramp: “ABŞ kimi bir ölkə olmayacaq”

20.09.2021 [14:06]

Türkiyənin “Hürriyət” qəzetinin yazdığına görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp “ABŞ-ın sonunun gələcəyini” iddia edib və bu iddianın nə vaxt gerçəkləşəcəyini də açıqlayıb. Belə ki, “Newsmax” televiziyasına verdiyi müsahibədə D.Tramp yaxın 3 ildən sonra “ABŞ kimi bir ölkə olmayacağını” iddia edib: “ABŞ əvvəllər heç rast gəlmədiyimiz şəkildə tutduğu siyasi xətdən kənara çıxdı. 2024-cü ildə keçiriləcək seçkilərə qədər bu ölkədən heç nə qalmayacaq”.

2020-ci ildə keçirilən prezident seçkilərinin saxtalaşdırıldığı iddiasını bir daha təkrarlayan Trampdan 2024-cü ildə namizəd olub-olmayacağı da soruşulub. Bu suala qəti bir cavab verməyən Tramp namizəd olmağı düşündüyünə eyham da vurub: “Buna şərh verməyəcəyəm. Düşünürəm ki, siz və ölkəmizi sevən bir çox insan çox xoşbəxt olacaqsınız. Tezliklə açıqlama verə bilərəm, amma indi vəziyyət xaotikdir”.

Tramp çıxışında ABŞ prezidenti Cozef Baydeni də hədəfə alıb. Əfqanıstandan çəkilmə zamanı baş verənlərə və Meksika sərhədindəki hadisələrə diqqət çəkən Tramp deyib ki, ABŞ hazırda dünyanın hər yerində məzəmmət obyektinə çevrilib.

Paylaş
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31