Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dünyanın ən gəlirli fond birjası hansı ölkədədir?

Dünyanın ən gəlirli fond birjası hansı ölkədədir?

20.09.2021 [14:08]

Rusiyanın “Lenta.ru” xəbər portalının yaydığı məlumata görə, dünyanın əhalisinin sıxlığı ən az olan ölkəsi Monqolustanın fond birjasının indeksi ilin əvvəlindən təxminən 130 faiz artıb. Ölkənin ən böyük 20 şirkətinin fəaliyyətini izləyən “MSE Top 20” agentliyinin hesabatına görə, bu, indiyə qədər fond indeksləri arasında ən yaxşı göstəricidir. “Bloomberg” isə belə bir sıçrayışı koronavirus pandemiyası zamanı kriptovalyuta və “GameStop” səhmlərinin sürətlə artması ilə müqayisə edib.

Bununla yanaşı, analitiklər Monqolustan birjasının böyük perspektivlərə malik olduğunu düşünürlər. Ölkədə qızıl və mis yataqlarının kəşfiyyatı və tədqiqi ilə məşğul olan Kanadanın “Erdene Resource Development” şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Bilquun Anxbayar deyib ki, Monqolustan birjası çox aşağı bazadan böyüdüyü üçün yüksək nəticələr əldə etmək potensialı var.

Agentlik artımın səbəblərindən biri kimi Monqolustan iqtisadiyyatının aktiv şəkildə canlanmasını göstərir: 2021-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu (ÜDM) 65,3 faiz artıb. Bu, əsasən, Çinlə qonşuluğunda olmasından və qonşu ölkəyə xammal, xüsusən mis və kömür ixracından qaynaqlanır.

Paylaş
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31