Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Silahlanma yarışı güclənəcək?

Silahlanma yarışı güclənəcək?

20.09.2021 [14:10]

Rusiyanın “Lenta.ru” xəbər portalının yaydığı xəbərə görə, Amerikalı Alimlər Federasiyasının nüvə məlumat proqramının direktoru Hans Kristensen deyib ki, ABŞ-ın atom sualtı qayıq istehsalı üzrə texnologiyasının Avstraliyaya ötürməsi narahatlıq doğurur. Alim bu addımın silahlanma yarışını gücləndirə və nüvə silahlarının yayılmaması ilə bağlı normalara zidd ola biləcəyini deyib: “ABŞ-ın Avstraliya sualtı gəmiləri üçün nüvə mühərrikləri tədarük etmək qərarı təhlükəlidir. Çünki bu halda Avstraliya Fransa və ya Böyük Britaniyadan, hətta Çindən daha çox sualtı qayıqlarda istifadə edə biləcək ki, bu, nüvə silahının yayılmaması normalarına ziddir”.

Kristensen onu da əlavə edib ki, bu sahədə müşahidə edilən bu hal ölkələr arasında hərbi rəqabəti gücləndirəcək.

Xatırladaq ki, bundan bir qədər əvvəl, sentyabrın 16-da ABŞ, Böyük Britaniya və Avstraliya müdafiə tərəfdaşlığı müqaviləsi imzalayıblar. Yeni ittifaq AUKUS (Avstraliya, Birləşmiş Krallıq, ABŞ) adlandırılıb. Müqavilə üç ölkənin neyron şəbəkələri, kibernetik və sualtı sistemləri sahəsində informasiya və texnoloji yeniliklərin mübadiləsini asanlaşdıracağını ehtiva edir.

Paylaş
Baxılıb: 24 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31