Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Küçəniz kimin adınadır?

Küçəniz kimin adınadır?

21.09.2021 [14:00]

Ölkəmizdə bir sıra küçə və prospekt adları var ki, ya müasir dövrlə ayaqlaşmır, ya da cəmiyyətə tanış deyil. Hətta bəzi küçələrin bolşevizmdən qalma adları zamanın tələbinə uymur.

Bir zamanlar qəhrəman statusu verilib adları əbədiləşdirilən şəxslərin zamanla xalq düşməni olduqları üzə çıxdı. Görəsən, Azərbaycan dövlətçiliyinin əleyhinə çıxış edənlərin, cümhuriyyətin süqutunda əli olanların, bir sözlə, tarixin ən qaranlıq səhifələrini yazmış şəxslərin adlarının hələ də saxlanılmasına ehtiyac varmı? Əfsuslar olsun ki, bir müddət öncə küçə adlarında dəyişikliklər aparılsa da, proses tam başa çatmayıb. Əslində, küçə adları müstəqillik dövrünün dəyərlərinə uyğun müəyyənləşdirilməli deyilmi?

Bizə tanış olmayan adlar

Vaxtilə küçələrə adları verilən şəxslərin əksəriyyətinin kimliyi bu gün insanlara müəmmalı qalır. Məsələn, Yusif bəy İbrahimli küçəsi kimi. Səbail rayonunda yerləşən bu küçədə Tofiq Quliyev adına 12 saylı musiqi məktəbi də yerləşir. Sözügedən küçədə keçirdiyimiz sorğu zamanı bir nəfər belə onun kimliyini tanımadı. Vaxtilə Müsavat Partiyası Bakı Komitəsinin katibi olduğunu diqqətə çatdırsaq da, insanları bu cavab qane etmədi. Bildirdilər ki, bu gün fəxr və qürur hissi ilə gəzdiyimiz küçələrin adına şəhidlərin adının verilməsini daha üstün tuturlar.

Məlum olduğu kimi həmin adların dəyişdirilməsi ilə əlaqədar xüsusi qurumlar fəaliyyət göstərir. Küçələrə adların verilməsi prosesi necə aparılır və hansı meyarlar nəzərdə tutulur? Sualımıza cavab tapmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq. Məsələyə BŞİH-dən  reaksiya gecikmədi. Qurumdan qəzetimizə verilən məlumata görə, küçələrin adlarının dəyişdirilməsi məsələsi onların səlahiyyətində deyil. Qeyd olunub ki, müəyyən vaxtdan sonra dövrlə ayaqlaşmayan, köhnə dövrün qalıqları olan küçə adlarının dəyişdirilməsi prosesi aparılır. Bakı Şəhər İcra Hakimiyyəti icraçı orqan kimi bu prosesi həyata keçirir.

Sorğumuzdan da aydın olduğu kimi, ictimaiyyət tanınmış şəxslərlə yanaşı, şəhidlərinin adlarının əbədiləşdirilməsinə daha çox önəm verir. Əfsuslar olsun ki, bir çox şəhidlərin adlarına verilmiş  küçələrdə də problemlərlə qarşılaşırıq. Belə ki, ya küçələrdə onların adlarına yazılmış xatirə lövhə və ya barelyeflər yoxdur, ya da baxımsız vəziyyətdə olduğu üçün oxunmaz haldadır. Qələbə dastanı yazan şəhidlərimizin adını əbədiləşdirmək isə bizim müqəddəs borcumuzdur. Canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edən, onu mənfur düşməndən qoruyan igidlərimizin hər birinin adı əbədiləşdirilməlidir. Ümid edirik ki, ictimaiyyətin bu məsələdə həssaslığı nəzərə alınacaq.

P.S. Mövzunu davam etdirəcəyik.

MÜŞFİQƏ

Paylaş
Baxılıb: 27 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31