Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / RSV: Məktəblərdə yeni virusa yoluxma riski

RSV: Məktəblərdə yeni virusa yoluxma riski

21.09.2021 [14:00]

Uşaqlar arasında yeni az tanınan virus təhlükəsi – Risklər və qorunma yolları barədə həkim məsləhəti

Sabahdan Azərbaycanda orta məktəblərdə dərslər başlayacaq. Pandemiyanın diktə etdiyi qaydalar əsasında öncə ibtidai sinif şagirdləri, sentyabrın 29-dan isə yuxarı sinif şagirdləri, ali və orta ixtisas məktəblərinin tələbələri məktəblərə üz tutacaqlar. Təbii ki, virusun tüğyan etdiyi bu dönəmdə dərslərin açılması fikrinə hamı birmənalı yanaşmır.Valideynlər də, təhsil müəssisələrinin rəhbərləri də narahatlıq keçirirlər. Koronavirus problemləri başa çatmamış yenidən xoşagəlməz xəbərlər yayıldı. ABŞ, İsveçrə, Yaponiya və Böyük Britaniyada həkimlər uşaqlar arasında kütləvi şəkildə az rast gəlinən tənəffüs sinsitial virusuna (RSV) yoluxma hallarının başladığını bildiriblər.

Mütəxəssislərin fikrincə, karantin tədbirləri səbəbi ilə uşaqlarda virusa qarşı immunitet yaranmayıb, karantin tədbirləri nisbətən yumşaldılan kimi uşaqlar arasında yoluxma halları başlayıb. Bu, əslində gözlənilən idi.

Xəstəliyin Azərbaycanda yayılması da istisna deyil. Bəs RSV nədir, hansı təhlükələri var, uşaqları bu xəstəlikdən necə qorumaq olar? Sualımıza pediatr Sevinc Qurbanova cavab verir: “Uşaqlarda ən çox rast gəlinən xəstəliklər adətən infeksiya xəstəlikləri olur. Bu xəstəliklərin də önündə tənəffüs sinsitial virusunun yaratdığı xəstəliklər dayanır. Məlum məsələdir ki, viruslar ildən-ilə mutasiya edir və buna görə biz yeni, az bilinən xəstəliklərlə üz-üzə qalırıq. Məlum olduğu kimi, koronavirus da müxtəlif ştammlarla qarşımıza çıxır. Bu mənada yeni az bilinən tənəffüs sinsitial virusuna yoluxma sözü böyük həyəcan yaratmamalıdır”.

O bildirib ki, RSV parainfluenza virus ailəsinə mənsubdur və nəfəs yollarını hədəf alır, xüsusilə bir yaşına qədər olan körpələrdə özünü göstərir.

Hava yolu ilə və öskürdükdən sonra havada asılı qalan damlalar vasitəsilə yoluxur. Aparılan araşdırmalar göstərib ki, RSV uşaqlarda ağciyər infeksiyalarının yaranmasına səbəb olur. ABŞ Xəstəliklərə Nəzarət və Önləmə Mərkəzinin (CDC) məlumatına görə, bu ölkədə hər il 5 yaşdan kiçik 57000 uşaqda RSV aşkarlanır. Xəstəliyə ən çox payız və baharda, başqa sözlə mövsüm dəyişikliyi zamanı rast gəlinir.

Həkim xəstəliyin riskləri barədə də danışıb. Düzgün müalicə aparılmazsa, vaxtında üstünə düşülməzsə ağciyər toxumalarına yerləşərək bronxit və astmaya da səbəb ola bilər. Virus burun və ağız yoluyla alınan havanın ağciyər toxumalarına çatmasını təmin edən bronx və bronxollardakı nəfəs epitellərinə yerləşir. Bronx sapları uşaqlarda hələ tam inkişaf etmədiyinə görə, infeksiyaya yoluxduqdan sonra bronxlar daralır, havanın daxil olması çətinləşir və başqa mikroorqanizmlər inkişaf etməyə başlayır. Beləcə, biz xəstəliyin mənzərəsini görmüş oluruq.

8-10 həftəlik körpələr, vaxtından qabaq doğulmuş, immun çatışmazlığından əziyyət çəkən, bağırsaq yetməzliyi, ürək və ağciyər problemi olan uşaqlar, 65 yaşdan yuxarı insanlar risk qrupuna daxildir. Uşaq bağçası və məktəb kimi kütləvi toplanma yerlərində bu xəstəliyin yayılması riski böyükdür.

RSV virusuna yoluxma əlamətləri nələrdir?

Sevinc Qurbanovanın dediyinə görə, uşaq nəfəs alıb-verərkən sanki fit səsi gəlir, fiziki müayinə zamanı ağciyərlərinə qulaq asarkən bu səs daha aydın eşidilir. “Hərəkətlərdə azalma, halsızlıq, yorğunluq, sarı-yaşıl bəlğəm ifrazı, qızdırma, nəfəs almada çətinlik, iştahasızlıq kimi əlamətlərlə özünü göstərir. 1 yaşdan kiçik olan uşaqlarda bu xəstəlik daha ağır keçir. Hələlik bu virusa qarşı peyvənd kəşf edilməyib. Hava damcı yolu ilə yoluxduğuna görə qarşısını almaq üçün tədbirlər görülməli, otaq tez-tez havalandırılmalı, təmizlənməlidir. Son 2 ildə özümüzü necə qorumaq yolları barədə hamımız ətraflı məlumat almışıq” - deyə, həkim bildirib.

TƏBİB-dən isə bildirildi ki, Azərbaycanda uşaqlar arasında hələlik sözügedən xəstəlik yayılmayıb.

“Koronavirusun artıb-azalma tempindən asılı olaraq, karantin qaydaları barəsində qərarlar verilə bilər. Hələlik bu barədə heç bir məlumat yoxdur. Hansısa təhsil müəssisəsində xəstəlik aşkarlanacaqsa, həmin müəssisə karantinə alına bilər. Mövsümi olaraq azyaşlı uşaqlar arasında respirator xəstəliklər qeydə alınır. Hələ sözügedən az rast gəlinən tənəffüs sinsitial virusuna yoluxma halları ilə rastlaşmamışıq” - deyə, məlumatda bildirildi.

Xatırladaq ki, təhsil naziri Emin Əmrullayevin göstərişi ilə, aidiyyəti nəzarət qurumları ilə birlikdə məktəblərdə monitorinq qrupları fəaliyyət göstərəcək.

İlhamə Rəsulova

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30