Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə Prezidentinin kitabı ABŞ-da

Türkiyə Prezidentinin kitabı ABŞ-da

21.09.2021 [14:02]

Türkiyənin “Anadolu” xəbər agentliyinin yaydığı xəbərə görə, ABŞ-ın Nyu-York şəhərinin Manhattan Mərkəzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli bir dünya mümkündür” kitabının təqdimatı keçirilib. Təqdimat zamanı kitabın ingilis və ərəb dillərinə tərcümə olunmuş nüsxələri tədbir iştirakçılarına təqdim edilib.

Qeyd edək ki, kitabın təqdimatı Türk-Amerika Milli İdarəetmə Komitəsinin (TASC) təşkil etdiyi konfransda baş tutub. Kitabda dövlət başçısı Türkiyənin bütün bəşəriyyət üçün ədaləti təmin etmək səylərini ətraflı təsvir edir. Türkiyə lideri əsərində qlobal siyasətin dilemmalarına, xüsusən də ədalətsizliyə, miqrasiya böhranına, beynəlxalq terrorizmə və İslamofobiya probleminə işarə edərək, dünyada ayrı-seçkiliyi və ikili standartları ortaya qoyub. Kitabın müəllifi, həmçinin BMT-nin legitimliyi, səmərəliliyi, əhatəliliyi, təmsilçiliyi və idarəçilik kimi məsələlərinə diqqət çəkib. Türkiyə Prezidenti, eyni zamanda, BMT Təhlükəsizlik Şurasında əsaslı islahatlara ehtiyac olduğunu vurğulayır. Bundan əlavə, R.T.Ərdoğan hesab edir ki, müasir dünya ictimaiyyətinin ən çox ehtiyacı olan ədalətdir.

Xatırladaq ki, Türkiyə dövlət başçısı kitabını BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüşəcəyi ölkələrin liderlərinə də təqdim edəcək.

O da bildirilir ki, “Turkuvaz Kitap” tərəfindən nəşr olunan, ingilis, ərəb, alman, fransız, rus və ispan kimi dillərə tərcümə edilən kitabdan əldə edilən bütün gəlirlər Türkiyə Hökumətinin Fövqəladə Hallar İdarəsinə (AFAD) bağışlanacaq.

Paylaş
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31