Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hökumət böhranı nəyi dəyişdi?

Hökumət böhranı nəyi dəyişdi?

21.09.2021 [14:02]

Türkiyənin “Hürriyət” qəzetinin yaydığı xəbərə görə, ötən bazar günü Argentinada keçirilən parlament seçkilərində hakim siyasi qüvvənin səs itirməsi səbəbindən hökumət blokunda başlayan siyasi böhran mövcud kabinetdən 5 nazirin dəyişdirilməsinə gətirib çıxarıb.

Qəzet yazır ki, Argentinanın rəsmi xəbər agentliyi TELAM-da yer alan məlumata görə, prezident Alberto Fernandez Xarici İşlər, Milli Təhlükəsizlik, Təhsil, Kənd Təsərrüfatı və Elm və Texnologiya nazirliklərində dəyişikliklər edib. Belə ki, Santiaqo Kafiero xarici işlər naziri, Annibal Fernandez milli təhlükəsizlik naziri, Culian Dominquez kənd təsərrüfatı naziri, Jaime Percik təhsil naziri və Daniel Filmus elm və texnologiya naziri təyin edilib.

Qeyd edək ki, sentyabrın 12-də Argentinada keçirilən parlament seçkilərində müxalifət bloku tərəfindən yaradılan Dəyişikliklər İttifaqının (Juntos por el Cambio) namizədləri Hər kəsin Cəbhəsi İttifaqının (Frente de Todos) namizədlərindən daha çox səs toplayıblar.

Prezident A.Fernandez seçkilərdə rəhbərlik etdiyi Hər kəsin Cəbhəsi İttifaqının səslərinin aşağı düşməsindən sonra hökumətinin səhvlərinə görə ictimai dəstəyin azaldığını etiraf edib.

Paylaş
Baxılıb: 21 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31