Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kosmosdakılar Yerə qayıtdılar

Kosmosdakılar Yerə qayıtdılar

21.09.2021 [14:04]

Türkiyənin “Anadolu” xəbər agentliyinin ABŞ-ın “SpaceX” şirkətinə istinadən verdiyi məlumata görə, dünyanın həvəskarlardan ibarət ilk kommersiya ekipajı “Crew Dragon” kosmik gəmisinin kapsulu Yerin ətrafında üç günlük uçuşdan sonra bazar günü ABŞ-ın Florida ştatı yaxınlığında etibarlı şəkildə Atlantik okeanına enib.

Xəbər verildiyi kimi, kosmik gəminin göyərtəsində “Inspiration 4” adlı missiyanın 4 üzvü olub: milyarder, “Shift4” şirkətinin rəhbəri Jared İsaakman (38 yaş), həkim Hayley Arseno (29 yaş), geofizik və pilot Sian Proktor (51 yaş) və ABŞ HHQ-nin veteranı Kristofer Sembroski (42 yaş).

Qeyd edək ki, “Inspiration 4” ekipajı 15 sentyabrda NASA-nın Kennedi Mərkəzindən havaya qalxıb və tam avtomatlaşdırılan səfər uğurla başa çatıb.

CNBC-nin yaydığı məlumata görə, “Inspiration 4” yalnız həvəskar astronavtların iştirak etdiyi ilk xüsusi missiya olub. “SpaceX”in pilotlu kosmik uçuş proqramının baş direktoru Benji Rid missiyanın uğurundan sonra özəl kosmik uçuşlara marağın əhəmiyyətli dərəcədə artdığını söyləyib. Bu baxımdan, B.Rid əlavə edib ki, “SpaceX” ildə beş və ya altı özəl uçuş həyata keçirə bilər.

Xatırladaq ki, kosmos turistlərinin əsas missiyası Tennessi ştatının Memfis şəhərindəki, uşaq xəstəliklərinin (xərçəng xəstəlikləri də daxil olmaqla) müalicəsində ixtisaslaşmış “St. Jude Children’s Research Hospital” (Uşaq Araşdırma Xəstəxanası) üçün 200 milyon dollar ianə toplamaq olub.

Paylaş
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31