Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hansı Avropa ölkəsi enerji fəlakətinin astanasındadır?

Hansı Avropa ölkəsi enerji fəlakətinin astanasındadır?

21.09.2021 [14:04]

Rusiyanın “Lenta.ru” xəbər portalının “The Sun” qəzetinə istinadən yaydığı məlumata görə, Avropada təbii qazın qiymətlərinin artması və enerji böhranı Böyük Britaniyada Milad bayramı üçün hazırlıqları belə təhülkə alıtna alıb.

Qəzetin yazdığına görə, ölkədə qazın bahalaşması səbəbindən “quru buz” istehsal edən bir neçə zavod bağlanıb, bununla əlaqədar olaraq yerli ərzaq mağazalarında dondurulmuş məhsul qıtlığı yaranıb.

Məsələn, “Ocado” mağazalar şəbəkəsinin nümayəndələri, ət tədarükünün tükənməsi səbəbindən Milad günü şam yeməyinin böyük ehtimalla ləğv edilməli olacağını söyləyiblər.

Bundan əlavə, ölkədə istehsal müəssisələrinin fəaliyyətinin dayanması problemi daha da ağırlaşdırır. Qeyd olunur ki, bu yaxınlarda İns və Billinqimdə yerləşən iki zavod yüksək qaz qiymətləri səbəbindən istehsalı dayandırmaq məcburiyyətində qalıb.

Saytın digər xəbərinə görə, sentyabrın əvvəlində gübrə sənayesinə mənfi təsir göstərən enerji böhranı Avropada ərzaq məhsullarının qiymətlərini bahalaşdıracaq. Qeyd edilir ki, ərzaq məhsullarının qiymətlərinin kəskin artmasına təkcə elektrik enerjisinin qiymətləri deyil, həm də ekstremal hava şəraiti və pandemiya səbəbindən artan xərclər təsir edib.

Xatırladaq ki, 2021-ci ildə Avropada qaz qiymətlərinin üç dəfədən çox artması Avrozonada iqtisadi canlanmanı şübhə altına alıb. Avropa İttifaqını tərk edən Böyük Britaniya isə artıq enerji fəlakətinin astanasındadır.

Belə ki, “BBC News”un məlumatına görə, ingilis şirkətləri qaz qiymətlərinin yüksək olması səbəbindən işlərini dayandırmağa başlayıb. Belə ki, son bir ay yarım ərzində ölkədə beş enerji şirkəti bağlanıb, daha dördünün tezliklə iflas etməsi ehtimalı var.

Analitiklər bildirirlər ki, 2021-ci ilin əvvəlində ölkədə 70-ə yaxın enerji şirkəti fəaliyyət göstərirdisə, ilin sonuna qədər onların sayı 10-a qədər enə bilər.

Paylaş
Baxılıb: 25 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31