Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Lənkəranda Ümumrespublika "Xəmsə" Festivalının VII mərhələsi keçirilib

Lənkəranda Ümumrespublika "Xəmsə" Festivalının VII mərhələsi keçirilib

21.09.2021 [18:13]

Sentyabrın 21-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı və ölkəmizin cənub bölgəsinin rayonlarından olan gənclərin iştirakı ilə Ümumrespublika "Xəmsə" Festivalının VII mərhələsi keçirilib.

Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən YAP Lənkəran şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Möhübbət Babayev “Nizami Gəncəvi İli”ndə keçirilən Ümumrespublika "Xəmsə" Festivalının əhəmiyyətini yüksək dəyərləndirərək, Lənkəran şəhərində festivalın keçirilməsinin region gənclərinin marağına və xüsusi fəallığına səbəb olduğunu söyləyib.

Sonra YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək bildirib ki, bu gün ölkəmizin cənub bölgəsində yaşayan gənclərin təhsilə, elmi biliklərə yiyələnməsi və eyni zamanda ictimai fəallığa malik olması çox önəmlidir. "Nizami Gəncəvi İli"nə həsr olunmuş Festivalın əsas hədəflərindən biri də məhz həmin gənclərin bu istiqamətdə inkişafına nail olmaqdır.

Lerik, Biləsuvar, Cəlilabad, Cəbrayıl, Yardımlı, Masallı, Lənkəran və Astara rayonlarını təmsil edən bitərəf və YAP üzvü olan gənclərdən ibarət komandaların iştirakı ilə keçirilən VII regional turun yekun nəticələrinə əsasən “Lənkəran” komandası festivalın final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabr ayının sonunadək davam edəcək Festivalın növbəti turu Mingəçevir şəhərində keçiriləcək.

Paylaş
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31