Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avropa ordusu: reallıq, yoxsa xəyal?

Avropa ordusu: reallıq, yoxsa xəyal?

22.09.2021 [14:26]

Türkiyənin “Hürriyət” qəzetinin yaydığı məlumata görə, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Nabila Massrali ənənəvi gündəlik mətbuat konfransındakı çıxışında son vaxtlar gündəmə gətirilən “Avropa ordusu”nun qurulması ideyasının həyata keçirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Aİ Komissiyasının nümayəndəsi “Avropa ordusu” qurulmasının gündəmdə olmadığını, əksinə bütün səylərin ittifaq üzvlərinin hərbi potensialının gücləndirilməsinə yönəldiyini bildirib. Sözçü sonuncu müzakirələr zamanı Avropanın inteqrasiya olunmuş və daha təsirli müdafiə sisteminə malik olmasının zəruriliyinin vurğulandığını xatırladıb.

N.Massrali onu da əlavə edib ki, bu ilin sonunda layihəsinin, 2022-ci ilin mart ayında isə son variantının hazırlanması gözlənilən Aİ-nin “Strateji yol xəritəsi” sənədində Avropanın öz təhlükəsizliyi üçün hansı məsuliyyətləri öhdəsinə götürəcəyi məsələləri yer alacaq.

Xatırladaq ki, Aİ-nin öz təhlükəsizliyi üçün “Avropa ordusu” qurmaq, xüsusən də ABŞ-dan asılılıqdan qurtulmaq ideyası bu yaxınlarda yenidən gündəmə gəlib. Xüsusilə NATO-nun Əfqanıstandan çıxmasından sonra yaranan evakuasiya böhranı, Avstraliyanın Fransa ilə 50 milyard avroluq sualtı müqaviləsini ləğv etməsi, habelə həmin ölkənin ABŞ və Böyük Britaniya ilə “AUKUS” adlı ittifaqa daxil olması bu məsələni yenidən aktuallaşdıran faktorlardır.

Paylaş
Baxılıb: 27 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31