Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sudanda uğursuz hərbi çevriliş cəhdi

Sudanda uğursuz hərbi çevriliş cəhdi

22.09.2021 [14:26]

Türkiyənin “Anadolu” xəbər agentliyinin yaydığı məlumata görə, Sudan Dövlət Televiziyası bir qrup hərbçinin ölkənin paytaxtı Xartumda həyata keçirdiyi uğursuz çevriliş cəhdi barədə xəbər verib. Belə ki, bu Afrika ölkəsinin dövlət televiziya və radioları yayımlarını kəsərək elan etdikləri ən son xəbərlərdə uğursuz çevriliş cəhdi xəbərini yayıb və xalqı çevrilişə müqavimət göstərməyə çağırıb.

Rəsmi mənbələr paytaxtın Umdurman bölgəsində bir qrup əsgərin bəzi hərbi maşınları ələ keçirərək çevrilişə cəhd etdiyini bildirib. Sudanın rəsmi xəbər agentliyi hərbi çevriliş cəhdinin ordu və təhlükəsizlik qüvvələri tərəfindən qarşısının alındığını, çevriliş edənlərin saxlanıldığını və istintaq başladıldığını bildirib. Açıqlamada bir qrup hərbçinin çevriliş bəyannaməsini oxumaq üçün səhər saatlarında əyalət radiosunun binasına girdikləri, ancaq çevrilişin uğursuz olduğu başa düşüldükdə təslim olduqları ifadə edilib.

Sudan Suverenlik Şurasının nümayəndəsi Məhəmməd əl-Faki Süleyman vəziyyətin nəzarət altında olduğunu söyləyərək, həmvətənlərini ölkənin və keçid hakimiyyətinin müdafiəsinə qalxmağa çağırıb. Cəhdin arxasında zirehli korpusun hərbçilərinin dayandığını qeyd edən M.Süleymanın sözlərinə görə, qiyamçılar bir neçə dövlət idarəsini ələ keçirməyə çalışsalar da, çevriliş uğursuzluğa düçar olub və hakimiyyət nizami ordunun nəzarətindədir.

Paylaş
Baxılıb: 22 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31