Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kanadadakı seçkilərdə qalib kimdir?

Kanadadakı seçkilərdə qalib kimdir?

22.09.2021 [14:27]

Türkiyənin “Anadolu” xəbər agentliyinin yaydığı məlumata görə, Kanadada keçirilən növbədənkənar parlament seçkilərində hakim Liberal Partiyası qalib gəlsə də, hökuməti təkbaşına qurmaq üçün lazım olan 170 mandatı əldə etmək mümkün olmayacaq. Xəbərdə qeyd edilir ki, ölkədə keçirilən seçkilərdə qalib gələn baş nazir Jastin Trudonun rəhbərlik etdiyi Liberal Partiya parlamentdəki 308 yerdən yalnız 156-nı əldə edə bilər. Belə ki, Kanada Milli Seçki Komissiyasının rəsmi saytında dərc edilmiş səsvermənin ilkin nəticələrinə görə, seçicilərin 31,7 faizi hakim partiyaya səs verib. Hökumət qurmaq üçün isə ən azı 170 mandat lazımdır.

Bu arada, Kanadada əsas müxalif siyasi qüvvə olan Mühafizəkarlar Partiyası səslərin 34,1 faizini toplayıb və qanunverici orqanda 121 mandat qazanıb. Üçüncü yeri 32 dairədə qələbə qazanan (8,2 faiz) “Kvebek” bloku tutub.

Qeyd edək ki, ilkin nəticələrə görə, seçkilərdə fəallıq 45,65 faiz (12 492 213 nəfər) olub.

Paylaş
Baxılıb: 22 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31