Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq təşkilatın 66 il ilk çıxışçısı olan ölkə

Beynəlxalq təşkilatın 66 il ilk çıxışçısı olan ölkə

22.09.2021 [14:28]

Məlum olduğu kimi, bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının payız sessiyası öz işinə başlayır. “Bloomberg”in hesabatına görə, Braziliya əlifba sırası ilə birinci olmasa da, 66 ildir ki, BMT Baş Assambleyasında ilk çıxış edən bu ölkənin təmsilçisi olur.

BMT-nin saytında çıxışçıları təyin etmək üçün kompleks bir alqoritmdən istifadə edildiyi qeyd edilsə də, Braziliyadan sonra kürsüyə çıxan ikinci ölkə BMT Baş Assambleyasına ev sahibliyi edən ABŞ-dır. Digər ölkələr üçün çıxış qaydası isə təmsilçilik səviyyəsi, üstünlük və coğrafi tarazlıq kimi digər meyarlara əsaslanır.

BMT protokol rəsmiləri isə BMT Baş Assambleyasının fəaliyyətinin ilk illərində heç bir ölkənin sessiyalarda birinci çıxış etmək istəmədiyindən Braziliyanın bu vəzifəni yerinə yetirmək üçün könüllü olduğunu bildirirlər.

Onu da qeyd edək ki, Baş Assambleyada çıxış üçün söz alan ölkələrin təmsilçilərinə 15 dəqiqə vaxt planlaşdırılır, amma bu reqlamentə çox vaxt əməl edilmir. Məsələn, Liviyanın keçmiş prezidenti Muammər Qəddafi 2009-cu ildə ilk dəfə qatıldığı Baş Assambleyada 96 dəqiqə danışıb. 1960-cı ildə Kuba inqilabının lideri Fidel Kastronun baş nazir kimi çıxışı isə 4 saat 29 dəqiqə davam edib.

Paylaş
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31