Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Şimal axını-2” sazişlərinə yenidən baxılacaqmı?

“Şimal axını-2” sazişlərinə yenidən baxılacaqmı?

22.09.2021 [14:29]

Rusiyanın “Lenta.ru” xəbər portalının yaydığı xəbərə görə, Almaniyada gözlənilən seçkilərin mümkün nəticələri “Şimal axını-2” sazişlərinə yenidən baxılmasını gündəmə gətirə bilər. Belə ki, Bundestaqa seçkilərdə iştirak edən Almaniyanın “Yaşıllar”  partiyası “Şimal axını-2”-yə qarşı çıxır. Buna görə də bir çox ekspertlərin fikrincə, partiya seçkilərdə qalib gəlsə, layihəni dəstəkləyən hökumət müqavilənin bəzi məqamlarını yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq.

Lakin “RİA-Novosti” agentliyi xəbər verir ki, alman politoloq Aleksandr Rar bildirib ki, qaz kəmərinin işə salınması Bundestaqa seçkilərin nəticəsindən o qədər də asılı deyil. Onun sözlərinə görə, Almaniya bu vəziyyətdə həm qaz kəmərini çəkən şirkətlərə, həm də Rusiyaya böyük miqdarda təzminat ödəməli olacaq: “Belə bir “ağılsız addım”, ilk növbədə, Almaniyanın özünə zərər verəcək. Çünki qaz təchizatı sahəsində Moskva ilə əməkdaşlıq, ilk növbədə, Berlin üçün faydalıdır. Almaniyada olduqca ağıllı, praqmatik düşüncəli insanlar var və onlar Rusiya ilə “qaz müharibəsi” haqqında çılğın fikirləri olan hər hansı “yaşıl” nazirə vəziyyəti çox tez izah edə bilərlər”.

Xatırladaq ki, bundan əvvəl enerji mütəxəssisi Karel Girman, “Şimal axını-2” qaz kəməri səbəbi ilə təbii qaz üçün mümkün “qiymət sunami”si haqqında danışmışdı. K.Girmanın fikrincə, Avropada qazın qiymətinin qalxması “qaz kəmərinin işə salınması ətrafında spekulyasiyalara” səbəb ola bilər.

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31