Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Neft nəhəngi planeti təyyarələr vasitəsilə xilas etmək istəyir

Neft nəhəngi planeti təyyarələr vasitəsilə xilas etmək istəyir

22.09.2021 [14:29]

Rusiyanın “Lenta.ru” xəbər portalının yaydığı xəbərə görə, dünyanın ən böyük neft və qaz şirkətlərindən biri olan “Shell” aviasiya sektoru vasitəsilə istixana qazı tullantılarını azaltmaq istəyir. “Reuters” xəbər verir ki, planeti xilas etmək niyyətində olan neft nəhəngi 2025-ci ilədək təyyarələr üçün iki milyon ton dayanıqlı aviasiya yanacağı (sustainable aviation fuels - SAF) istehsal etməyi qarşısına məqsəd qoyur ki, bu da dünyadakı ümumi istehsaldan on dəfə çoxdur.

Məlumatda bildirilir ki, dünyadakı karbon qazı tullantılarının 3 faizi aviasiya sektorunun payına düşür. Reaktiv mühərriklərə alternativ texnologiyaların olmaması səbəbindən sektorda sıfır emissiyaya nail olmaq da çətindir. “Shell”in istehsal etməyi planlaşdırdığı SAF bu problemi həll edə və aviasiya tullantılarını 80 faizə qədər azalda bilər.

Qeyd edək ki, “Shell” əvvəlcə SAF-ı adi aviasiya yanacağı ilə qarışdırmağı planlaşdırır ki, təyyarə mühərriklərinin dəyişdirilməsinə ehtiyac qalmasın. Beləliklə, 2030-cu ilə qədər şirkət SAF satışlarını qlobal təyyarə yanacağı bazarının 10 faizinə qədər artıra biləcək. Bu vaxta qədər “Shell” digər istehsalçılardan SAF almağı, eyni zamanda, özünün Hollandiyanın Rotterdam şəhərində ildə 820 min ton istehsal gücü olan bərpaolunan yanacaq zavodunu tikməyi planlaşdırır. SAF istehsal həcminin yarıdan çoxunu təmin edəcək zavodun 2024-cü ildə işə başlayacağı gözlənilir.

Bununla yanaşı, “Jefferies”  investisiya bankından verilən açıqlamaya görə, adi təyyarə yanacağından 8 dəfə baha başa gəldiyindən SAF qlobal təyyarə yanacağı istehlakının 0,1 faizindən azını təşkil edir. Bundan əlavə, onun istehsalı üçün xammalın mövcudluğu məhduddur. Bununla birlikdə, “Shell” SAF-a daha çox üstünlük verməyi nəzərdə tutur.

Paylaş
Baxılıb: 19 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31