Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Regionlarımızın daha da inkişafı üçün gənclərin üzərinə böyük məsuliyyət düşür

Regionlarımızın daha da inkişafı üçün gənclərin üzərinə böyük məsuliyyət düşür

22.09.2021 [14:51]

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Lənkəran şəhərində gənclərlə görüşüb.

Görüşdə B.İslamov gənclərin təhsil səviyyəsinin, bilik və bacarıqlarının daha da yüksəldilməsinin vacibliyini bildirib. Qeyd edib ki, gənclərimiz təhsil almaqla bərabər həm də ictimai fəaliyyətlə məşğul olmağa daha böyük maraq göstərməlidirlər. Partiyamızın Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarımızda gənclərimizin inkişafı və asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif təyinatlı infrastrukturlar yaradılıb. Gənclərimiz bu imkanlardan geniş şəkildə yararlanaraq öz təşəbbüslərini reallaşdıra bilirlər.

B.İslamov bu bölgədən olan gənclərin ölkəmizin ictimai həyatında xüsusi fəallığa sahib olduğunu bildirərək, onların üzərinə regionun daha da inkişaf etdirilməsi üçün böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, keçirilən görüşün məqsədi də məhz onların fikirlərini öyrənərək, həyata keçirilən tədbirlərin effektivliyini təmin etməkdir.

Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Paylaş
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31