Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Nizami rayon təşkilatında yüksək bal toplamış tələbələr mükafatlandırılıb

YAP Nizami rayon təşkilatında yüksək bal toplamış tələbələr mükafatlandırılıb

22.09.2021 [14:54]

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən tələbələrlə görüş keçirilib.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayon təşkilatının “Sərdaroğulları” ərazi partiya təşkilatının sədri, “Missiya” media qrupunun rəhbəri Ramin Əhmədov gəncləri təbrik edib, təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışıblar.

Bildirilib ki, bu il Nizami rayonu üzrə 1857 nəfər 11-ci sinfi bitirib. 1592 nəfər ali məktəblərə qəbul üçün sənəd verib. Onlardan 1184 nəfəri ali məktəblərə qəbul olub. Rayon üzrə 174 nəfər 500-600, 70 nəfər 600-650 arası, 25 nəfər isə 650 baldan yüksək nəticə göstərib. Rayon tələbələrindən 118 nəfəri Rusiya, Türkiyə, Polşa, Çexiya, ABŞ, Almaniya, Gürcüstan, Macarıstan, Ukrayna və başqa ölkələrin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıblar.

Vurğulanıb ki, respublikamızın hər yerində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə müasir məktəb binalarının tikintisi, onların maddi texniki bazasının məhkəmləndirilməsi məhz bu sahəyə olan diqqət və qayğını göstərir. Natiqlər aparılan islahatların kökündə insan amili dayandığını və bu kontekstdə güclü kadrlara olan tələbatın bir zərurətə çevrildiyini bildirib, gənclərə şəxsi həyatlarında və təhsildə uğurlar diləyiblər.

Görüşdə iştirak edən tələbələr, onların valideynləri də öz növbəsində Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, partiya rəhbərliyinə təşəkkür ediblər. Onlar gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Sonda yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim edilib.

Paylaş
Baxılıb: 32 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31