Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP-ın Xəzər, Suraxanı və Sabunçu rayon təşkilatlarının yeni sədrləri partiya aktivinə təqdim olunub

YAP-ın Xəzər, Suraxanı və Sabunçu rayon təşkilatlarının yeni sədrləri partiya aktivinə təqdim olunub

22.09.2021 [18:10]

Sentyabrın 22-də Yeni Azərbaycan Partiyasının Xəzər, Suraxanı və Sabunçu rayon təşkilatlarının yeni sədrləri Namiq Əhmədov, Vüqar Seyidov və Misirxan Vəliyev ərazi partiya təşkilatlarının sədrlərinin də iştirakı ilə keçirilən yığıncaqlarda yerli təşkilatların partiya aktivinə təqdim olunub.

Əvvəlcə  Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının inzibati binasında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Tədbirlərdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından bəhs edib, partiyamızın fəallarının ölkəmizin nailiyyətlərinin təbliği işində aktiv şəkildə iştirak etdiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. Bu baxımdan, YAP-ın VII Qurultayında vacib qərarların qəbul edilməsi, yeni nizamnamənin qəbulu təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşıyır.

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğu bildirilib və qeyd edilib ki, qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi, möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlar YAP üzvləri qarşısında yeni vəzifələr müəyyələşdirir. Bu baxımdan, YAP üzvləri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidirlər. Bu prosesdə partiyamızın yerli təşkilatları da  fəal iştirak etməlidir.

Tədbirlərdə çıxış edən Namiq Əhmədov, Vüqar Seyidov və Misirxan Vəliyev göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürlərini bildiriblər. Təşkilat sədrləri qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir. Partiya rəhbərliyinin qarşıya qoyduğu tapşırıqların və tövsiyələrin yerinə yetirilməsi rayon təşkilatlarının bundan sonra da başlıca vəzifəsi olacaq.

Tədbirlərdə həmçinin, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayon təşkilatlarının yeni sədrlərini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirlərdə yerli təşkilatların gələcək fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələrə dair müvafiq tövsiyələr verilib.

Paylaş
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31