Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimlərinə start verildi

Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimlərinə start verildi

23.09.2021 [14:38]

Vətən müharibəsinə 5 gün qalırdı...

2020-ci il sentyabrın 23-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Ağdam, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

* * *

Ötən ilin bu günü Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Qərb bölgəsində - Tovuz rayonu ilə sərhəddə baş vermiş silahlı toqquşmalar barədə danışılıb. Sahibə Qafarova deyib ki, biz problemin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllinə tərəfdarıq. Sülh danışıqları baş tutmasa, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Vyaçeslav Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Problemin sülh yolu ilə həllinin tərəfdarıdır.

* * *

Ötən ilin sentyabrın 23-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Sahibə Qafarova bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgənin istənilən inkişafına ciddi maneələr yaratmağa davam edir. Azərbaycan münaqişənin sülh yolu ilə siyasi həllinə sadiqdir. Münaqişənin həlli BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. “Bütövlükdə, ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyəti fonunda bu qrupun həmsədri olan Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal iştirak edir. Rusiya tərəfi bu sahədə çox səy göstərmişdir. Bununla birlikdə, son vaxtlar Ermənistanın baş naziri N.Paşinyanın münaqişənin həlli üçün kompromis variantının yalnız Azərbaycanın Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıması şərti ilə müzakirə edilə biləcəyi barədə “yeddi şərt” deyilən absurd açıqlamaları, münaqişənin sülh yolu ilə həlli üçün dünya birliyinin bütün səylərini puç edir. Həm də N.Paşinyanın erməni işğalı altındakı Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulması barədə verdiyi açıqlamalar tənqidlərə davam gətirmir”.

“Ermənistan Azərbaycanın Tovuz bölgəsində döyüşlərin başlanmasına səbəb olmasından və Qarabağın hüdudlarından kənarda Ermənistanın məhz bölgə üçün bütövlükdə, önəmli olan infrastruktur obyektlərini hədəf almasından sonra işğal faktını gizlədə bilməyəcək. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən Suriya və Livan qaçqınlarının qanunsuz məskunlaşdırılması xüsusi narahatlıq doğurur. Azərbaycan istənilən halda, öz torpaqlarını işğaldan azad edəcək. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.

Öz növbəsində, Sergey Lavrov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

* * *

Milli Məclisin Sədri Sahibə Qafarova ötən il sentyabrın 23-də həm də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxış edib. Milli Məclisin Sədri çıxışı zamanı Yerevanın mərkəzində Hitlerin tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə heykəl qoyulması məsələsinə toxunub. Sədr deyib: “Ötən illər ərzində faşist ideologiyasına son qoyulmasına baxmayaraq, bəzi ölkələrin son zamanlar tarixi yenidən yazmaq istəməsi ilə yanaşı, nasist əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri də müşahidə olunur, onlara abidələr ucaldılır və bu da beynəlxalq ictimaiyyətin haqlı qəzəbinə və qınağına səbəb olur”.

Milli Məclisin Sədri deyib ki, biz görürük ki, bir sıra dövlətlər, məsələn, Ermənistan respublikası Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir. Əks təqdirdə, Yerevanın mərkəzində Hitler tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə altı metr hündürlüyündə heykəlin qoyulmasını nə ilə izah etmək olar? “Axı, kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi məhz ona məxsusdur. Düşünürük ki, Ermənistanın bu cür hərəkətləri diqqətdən kənarda qalmamalı və öz adekvat cavabını almalıdır.

* * *

Ötən il sentyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin videokonfrans formatında keçirilən illik Nazirlər görüşündə iştirak edib. Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupuna sədrlik edən Qazaxıstanın təşəbbüsü ilə keçirilən görüşün açılış sessiyasında Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır və BMT-nin Baş katibi Antonio Quterreşin çıxışları dinlənilib. Nazir Ceyhun Bayramov tədbir iştirakçılarının diqqətini Ermənistanın 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatına cəlb edərək: “Ermənistanın silahlı qüvvələri Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəfə alıb”, - deyib. Bu infrastrukturun yalnız Azərbaycanın iqtisadi davamlılığı üçün deyil, geniş Avrasiya bölgəsi üçün əhəmiyyət kəsb etdiyi iştirakçıların nəzərinə çatdırılıb. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulayıb.

* * *

Ötən ilin bu günündə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkə KİV-inə müsahibəsində bildirib ki, Azərbaycan Silahlı Qüvvələri fəaliyyətində daim beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını daim öz fəaliyyətində rəhbər tutub. Sitat: “Qadın, uşaq və yaşlı insanlara qarşı müharibə aparan və onları hədəfə alan məhz Ermənistan silahlı qüvvələridir. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci il 12 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşma zamanı biz bir daha bunun şahidi olduq. Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinin hədəfli şəkildə artilleriya atəşinə tutulması nəticəsində 76 yaşlı vətəndaşımız Əziz Əzizov həlak oldu”.

Həmin dövrdə xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə yayılan məlumatlarla bağlı açıqlama verən Prezidentin köməkçisi bildirib ki, bu, yalan və saxta məlumatdır. Bu məlumatın arxasında Ermənistanın xüsusi xidmət orqanları durur. “Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətlə tam komplektləşdirilib. Ordumuzun yüksək döyüş hazırlığı var və Ermənistanın hər bir təxribatının qarşısını almağa qadirdir. Muzdlulara və terrorçulara ehtiyacı olan məhz Ermənistan ordusudur. 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında Ermənistan Livan, Fransa, ABŞ vətəndaşı olan erməni terrorçularından muzdlu kimi istifadə etmişdir. Xocalı soyqırımının törədilməsində iştirak etmiş və muzdlu terrorçulardan ibarət “Arabo” və “Aramo” terrorçu dəstələrinin Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət etməsi faktdır. İndi də Ermənistan Livan və Suriyadan gətirilən erməni mənşəli şəxsləri muzdlu kimi Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil edir. Ermənistan tərəfi Yaxın Şərqdə digər istiqamət üzrə terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi kanalları üzərində iş aparır. Ona görə də bu xəbərlər növbəti saxta məlumatlardan başqa bir şey deyildir”.

* * *

Ötən ilin bu günü Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkili olub. Cəmləşmə rayonlarına çıxarılan artilleriya bölmələri döyüş atışlarını yerinə yetirmək üçün atəş mövqelərini tutublar. Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin ssenarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışları icra edərək şərti düşmən hədəflərini məhv edib.

Paylaş
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31