Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / BMT Baş katibi: Uçurumun kənarındayıq!

BMT Baş katibi: Uçurumun kənarındayıq!

23.09.2021 [14:53]

Türkiyənin “Anadolu” xəbər agentliyinin məlumatına əsasən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 76-cı sessiyasının iştirakçılarına müraciətində bir sıra maraqlı açıqlamaları ilə gündəmə gəlib. Belə ki, A.Quterreş dünya liderlərinə pandemiya və iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq edib: “Mən həyəcan təbili çalmaq üçün buradayam. Dünya oyanmalıdır. Yanlış istiqamətdə irəliləyirik. Uçurumun kənarındayıq”.

BMT Baş katibi çıxışında “bərabərsizliyi artıran” yeni növ koronavirus pandemiyasını, “planeti təhdid edən” iqlim böhranını, Əfqanıstan, Efiopiya və Yəməndəki münaqişə vəziyyətlərini, həmçinin “cəmiyyəti iflic edən və insanları əks-düşərgələrə ayıran” dezinformasiyanı xüsusi vurğulayıb. “Birliyimizə ən çox ehtiyac duyulduğu anda birgə hərəkət etmirik”, - deyə bildirən A.Quterreş BMT üzvlərini müasir çağırışlar uyğunlaşmağa çağırıb.

Paylaş
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31