Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ “soyuq müharibə” istəmirmiş...

ABŞ “soyuq müharibə” istəmirmiş...

23.09.2021 [14:54]

Xarici KİV-in verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında ABŞ Prezidenti Cozef Bayden bütün dövlətləri müasir dövrün problemlərinə qarşı birgə mübarizə aparmağa çağırıb.

Baş Assambleyanın payız sessiyasının açılışındakı çıxışını “Dünya tarixin dönüş nöqtəsindədir” ifadəsi ilə başlayan ABŞ Prezidenti C.Bayden geosiyasət və insan hüquqlarının pozulması kimi problemlərdən pandemiya və iqlim dəyişikliyinə qədər bir çox mövzuya toxunub. ABŞ-ın beynəlxalq diplomatiyaya yenidən qayıtdığını vurğulayan C.Bayden son vaxtlar Çinlə gərgin münasibətlərə işarə edərək, “yeni bir “soyuq müharibə” istəmirik”, - deyib: “ABŞ sülh yolu ilə həll variantları axtaran və sülhü dəstəkləyən hər bir ölkə ilə işləməyə hazırdır”.

Rəsmi Vaşinqtonun lazım gəldikdə güc tətbiq etməyə də hazır olduğunu ifadə edən dövlət başçısı buna yalnız son məqamda ehtiyac duyulduğunu vurğulayaraq, ABŞ-ın xaricdə yalnız “dəqiq və mümkün” hərbi əməliyyatlarla məşğul olacağını deyib. Ölkəsinin beynəlxalq münasibətlər sahəsində liderlik rolunu yenidən qazandığını ifadə edən C.Bayden deyib ki, ABŞ müttəfiqləri ilə işləməyə davam edəcək.

Yaxın Şərqlə bağlı da açıqlamalar verən və İsrailə tam dəstəyini bir daha təkrarlayan ABŞ Prezidenti İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda israrlı olduqlarını qeyd edib.

Paylaş
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31