Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Paşinyandan müxalifətçilərə və redaktorlara sürpriz

Paşinyandan müxalifətçilərə və redaktorlara sürpriz

23.09.2021 [14:54]

Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, sosial-iqtisadi tənəzzül dövrü yaşayan məğlub ölkənin baş naziri Nikol Paşinyan heç nədən çəkinmədən müxalifətçilərin və media redaktorlarının danışıqlarını dinləmək üçün milyonlarla dollarlıq “dinləmə sistemi” alıb.

Qəzet yazır ki, “daxili düşmən”lərlə mübarizədə N.Paşinyan o qədər irəli gedib ki, hətta 7 milyon dollarlıq “Pegasus” telefon dinləmə sistemi satın almağa məcbur olub. Nəşr onu da əlavə edib ki, digər ölkələrdə bu sistem dövlətin təhlükəsizliyi üçün xarici kəşfiyyatda istifadə olunur: “Mexanizm olduqca sadədir - açıldıqdan sonra sistem mobil telefona quraşdırılır və adi bir reklam sms-linki hədəf hesab edilən telefona göndərilir. Yeri gəlmişkən, bir nəfər üçün “dinləmə xərcləri” 10 min dollardan çoxdur. Bu sistem “Siqnal”, “WhatsApp”, “Telegram”, “Facebook” tətbiqlərini də əlçatan edir”.

Qəzetin iddiasına görə, hakimiyyət yeni sistemi əsasən, müxalifətə qarşı istifadə etmək üçün alıb, lakin bunun üçün mümkün namizədlər Paşinyanın birbaşa göstərişi ilə seçilir. “Müstəqil media orqanlarından birinin redaktorunun da bu siyahıya daxil edildiyini öyrəndik”, - deyə qəzet yazır.

Paylaş
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31