Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Neft emalı zavodlarını hansı təhlükə gözləyir?

Neft emalı zavodlarını hansı təhlükə gözləyir?

23.09.2021 [14:55]

“Reuters” agentliyi “Rystad Energy” konsaltinq şirkətinin analitiklərinin proqnozlarına istinadən xəbər verir ki, dünyada elektromobillərin istehsalının genişlənməsi neft emalına olan tələbatı iki dəfə aşağı sala bilər. Belə ki, karbon qazı tullantılarını azaltmaq məqsədilə avtomobilləri elektrikləşdirmək üçün başlanan qlobal proses 2050-ci ildə dünyada neft məhsullarına tələbatın 50 faizə qədər enməsinə səbəb ola bilər.

“Rystad Energy” şirkətinin vitse-prezidenti və emal şöbəsinin rəhbəri Mukeş Saxdev deyib ki, XXI əsrin ortalarına qədər elektromobillərin sayı 90 faizə qədər arta bilər. Analitikə görə, bu ehtimal gerçəkləşsə, mövcud qlobal emal gücünün 50 faiz azalması baş verəcək: “Elektrikli nəqliyyat vasitələri qlobal benzin və dizel yanacağı istehlakını azaldacaq, lakin urbanizasiya səbəbindən aviasiya, dənizçilik və neft-kimya sektorlarında digər neft məhsullarına olan tələbat yüksək olaraq qala bilər”.

Bu tendensiya dünyanın nəhəng iqtisadiyyatlarında artıq özünü göstərir. Belə ki, 2021-ci il avqustun ortalarında Çində neft emalı son 14 aya nisbətdə minimum səviyyəyə düşüb. Həcmin rekord dərəcədə azalmasına səbəb Çinin bu sahədə müstəqil və məqsədyönlü fəaliyyəti, xüsusilə müəssisələrə təzyiqləri artırması olub. Belə ki, bu il Çin hakimiyyəti neft emalı sənayesinin özəl sektorunda çirklənməni məhdudlaşdırmaq və sənayeçilərin vergi boşluqlarını doldurmaq üçün islahatlar həyata keçirir. Daha əvvəl oxşar azalma pandemiyanın pik səviyyəsində, 2020-ci ilin may ayında qeydə alınıb.

Paylaş
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31