Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezidentin müşavirinin avtomobili atəşə tutuldu

Prezidentin müşavirinin avtomobili atəşə tutuldu

23.09.2021 [14:56]

Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri Sergey Şefirin avtomobili “Kalaşnikov” avtomatından atəşə tutulub. Rusiyanın “Lenta.ru” xəbər portalı məlumat verir ki, avtomobilə 10 güllə atılıb. Portalın yazdığına görə: “Onlar “Kalaşnikov” avtomatından atəş açıblar. Şefir işə gedərkən meşədən atəş açan cinayətkarlar müşaviri nişan alıblar, amma üç güllə sürücüyə dəyib. İndi sürücü ağır vəziyyətdə reanimasiyadadır. Şefir isə sağdır, yaralı deyil”.

Qeyd edək ki, Zelenskinin müşavirinə sui-qəsd sentyabrın 22-də Kiyev vilayətinin Lesniki kəndi yaxınlığında baş verib. Hadisə ilə bağlı iki və ya daha çox şəxsi öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Paylaş
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31