Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Bəyturana YAP-ın üzvlük vəsiqəsi təqdim olunub

Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Bəyturana YAP-ın üzvlük vəsiqəsi təqdim olunub

23.09.2021 [19:34]

Sentyabrın 23-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Bəyturana üzvlük vəsiqəsi təqdim olunub.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu il martın 5-də keçirilən YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Bu qərarlar sırasında 6 siyasi partiyanın YAP-a qoşulması da böyük əhəmiyyət daşıyır. Vətən müharibəsinin başlanmasından bir ilə yaxın vaxt ötdüyünü deyən YAP Sədrinin müavini qeyd edib ki, 44 gün davam edən bu müharibədə qələbəmizi şərtləndirən əsas amilərdən biri xalq-iqtidar birliyi və vətəndaş həmrəyliyidir. Müharibə başlayan gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat verərək Müzəffər Ali Baş Komandana və ordumuza dəstək nümayiş etdirməsi bunu bir daha təsdiqləyir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması da Azərbaycanda milli həmrəyliyin növbəti nümunəsidir.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının qarşısında böyük vəzifələr dayanır. Bu vəzifələrin yerinə yetirilməsi üçün partiya üzvləri monolit qüvvə kimi bütün imkanlarını səfərbər etməlidir. Tahir Budaqov YAP-ın sıralarına qoşulmuş 6 siyasi partiyanın nümayəndələrinin də partiyamızın həyatında fəal iştirak edəcəyinə inandığını söyləyib.

Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Bəyturan göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür edib və bundan sonra YAP üzvü kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağına söz verib.

Sonda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın üzvlük vəsiqəsini Vüqar Bəyturana təqdim edib.

Paylaş
Baxılıb: 24 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31