Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ və Yaponiya Şimali Koreyaya qarşı

ABŞ və Yaponiya Şimali Koreyaya qarşı

24.09.2021 [15:29]

Yaponiyanın xarici işlər naziri Moteqi Toşimitsu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ABŞ və Cənubi Koreyadan olan həmkarları ilə “Şimali Koreya məsələsi”ni müzakirə edib.

yeniazerbaycan.com Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, üçtərəfli görüşdə nazir M.Toşimitsu, ABŞ-ın dövlət katibi Entoni Blinken və Cənubi Koreyanın xarici işlər naziri Çunq Eui Yonq BMT-nin müvafiq  qətnamələrini yerinə yetirmək şərtilə diplomatik səyləri artırmaq və “Şimali Koreyanın nüvəsizləşdirilməsi” məsələlərində razılığa gəliblər.

Mətbuat konfransında çıxış edən Yaponiyanın xarici işlər naziri M.Toşimitsu görüşü “fikir mübadiləsi üçün olduqca yaxşı fürsət” olaraq xarakterizə edib və “Şimali Koreyanın son nüvə və ballistik raket fəaliyyətlərinin Yaponiya ilə yanaşı, regionu və beynəlxalq birliyi təhdid etdiyini” söyləyib.

ABŞ dövlət katibi E.Blinken isə görüş zamanı “Koreya yarımadasının nüvəsizləşdirilməsi” mövzusunda Yaponiya və Cənubi Koreya ilə məsləhətləşmələri davam etdirməyin vacibliyini vurğulayıb.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31