Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AUKUS böhranı böyüyür: köhnə dostlar düşmən oldu

AUKUS böhranı böyüyür: köhnə dostlar düşmən oldu

24.09.2021 [15:32]

yeniazerbaycan.com Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya və Avstraliyanın üçtərəfli təhlükəsizlik sazişini (AUKUS) imzalamasından sonra başlayan müzakirələr genişlənir. Belə ki, Böyük Britaniya, ABŞ  və Avstraliya arasındakı AUKUS Paktına reaksiya verən Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası bu məsələdə Fransanı dəstəkləyib.

Qeyd edək ki, Fransa da baş verənləri “xəyanət” kimi qiymətləndirərək “arxadan vurulduq” mesajı verib. Böyük Britaniyanın Baş naziri Boris Consonun son açıqlamaları isə mübahisəni daha da alovlandırıb. Belə ki, baş nazir B.Conson rəsmi Parisdən Avstraliyanın Fransa ilə sualtı qayıq müqaviləsini ləğv etməsi və yeni bir razılaşma imzalaması səbəbindən qəzəb nümayiş etdirməyi dayandırmağı tələb edib.

Vaşinqtona səfəri zamanı jurnalistlərə açıqlama verən B.Conson fransız sözlərindən istifadə edərək “dünyanın ən əziz dostlarının hamısı bütün bunları anlamalı və bizi rahat buraxmalıdır” deyib. Sazişin əsasən qlobal təhlükəsizlik üçün bir addım olduğunu müdafiə edən B.Conson AUKUS müqaviləsi haqqında “Çiyin-çiyinə dayanan 3 həmfikir müttəfiqin texnologiya sahəsində yeni tərəfdaşlıq qurmasıdır”, - deyə bildirib.

Xatırladaq ki, sentyabrın 16-da Avstraliya, ABŞ və Böyük Britaniyanın elan etdikləri AUKUS ittifaqından sonra rəsmi Kanberra Fransa ilə imzalanan və 12 ədəd dizel-elektrik sualtı qayığın inşasını nəzərdə tutan 90 milyard Avstraliya dolları (66 milyard ABŞ dolları) həcmində müqavilənin ləğv edildiyini açıqlayıb. Müqavilənin ləğvindən sonra prezident Emmanuel Makron məsləhətləşmək üçün Fransanın Kanberra və Vaşinqtondakı səfirlərini təcili geri çağırmaq qərarına gəlib.

Paylaş
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31