Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident konstitusiyanı pozdu

Prezident konstitusiyanı pozdu

24.09.2021 [15:32]

yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, Tunis prezidenti Kais Said hökumət və parlamentin səlahiyyətlərinin bir hissəsinin dövlət başçısına verilməsini nəzərdə tutan fərman imzalayıb. Sənədə əsasən, qanunvericilik aktlarının mətnləri prezidentin imzaladığı fərmanlar şəklində açıqlanacaq. Bundan əlavə, dövlət başçısı icra hakimiyyətini baş nazirin rəhbərlik etdiyi Nazirlər Şurası vasitəsi ilə həyata keçirəcək. Belə ki, prezident hökumətə rəhbərlik etmək və onu əvəz etmək üçün baş nazirə göstəriş vermək hüququna malikdir.

Xatırladaq ki, prezident K.Səid bundan əvvəl ölkə təhlükə altında olanda ona yüksək səlahiyyətlər verən Konstitusiyanın 80-ci maddəsinə əsasən, Xalq Nümayəndələri Məclisinin - ölkənin birpalatalı parlamentinin fəaliyyətini 30 gün müddətinə dayandırmış və baş naziri istefaya göndərmişdi.

Qeyd edək ki, əhalinin bəzi təbəqələri Səidi dəstəkləyib, lakin parlamentdəki əksər partiyalar prezidentin bu qərarlarla “konstitusiyanı pozduğunu” söyləyir, bəziləri isə dövlət başçısını konstitusiya çevrilişinə cəhddə ittiham edirlər.

Paylaş
Baxılıb: 25 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31