Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hansı ölkə Avropa İttifaqının planlarına qarşı çıxır?

Hansı ölkə Avropa İttifaqının planlarına qarşı çıxır?

24.09.2021 [15:34]

Avropa İttifaqının (Aİ) üzvü olan Çexiya planeti xilas etmək üçün Aİ-nin hazırladığı planda böyük dəyişikliklər tələb edəcək. yeniazerbaycan.com-un Rusiyanın “Lenta.ru” xəbər portalına istinadən yaydığı məlumata görə, Çexiyanın baş naziri Andrey Babiş havaya zərərli tullantıların buraxılmasının azaldılması tədbirlərinə qarşı çıxıb. Onun fikrincə, belə bir addımın atılması ölkənin avtomobil sənayesinə ciddi ziyan vuracaq.

Babişə görə, 2035-ci ilə qədər daxili yanma mühərriklərinin qadağan edilməsi “nonsens”dir. Onun sözlərinə görə, planı ciddi şəkildə dəyişdirmək lazımdır: “Bu plan, avtomobil istehsalçılarını məhv edə bilər və biz bu təklifin əleyhinəyik. Növbəti hökumət bununla məşğul olmaq məcburiyyətində qalacaq, çünki insanlara hansı avtomobilləri almalı olduqlarını diktə edə bilmərik”.

Qeyd edək ki, daxili yanma mühərrikli avtomobillərin 2035-ci ilə qədər qadağan edilməsi Aİ-nin məlum planının bir hissəsidir. Bu məsələyə görə yaxınlarda Aİ-yə üzv 27 ölkə danışıqlar aparmalıdır. Lakin Çexiya üçün qanun layihəsi problemlidir, çünki avtomobil istehsalı ölkə sənayesinin dörddə birindən çoxunu təşkil edir və bu sektorda təxminən 700 min nəfər çalışır.

Paylaş
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31