Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “İda”: ABŞ təhlükə qarşısında

“İda”: ABŞ təhlükə qarşısında

24.09.2021 [15:35]

yeniazerbaycan.com-un “Reuters” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, ötən aylarda baş verən “İda” qasırğası ABŞ-ın kənd təsərrüfatını təhlükə altına alıb. Agentliyin xəbərinə görə, amerikalı fermerlər xərclərdə ciddi artımlar və logistika çətinlikləri səbəbindən ciddi problemlərlə üzləşirlər.

Digər tərəfdən, “İda” qasırğası ABŞ ixracatının təxminən 60 faizini təşkil edən Meksika körfəzi sahilindən taxıl və soya daşınmasının dayandırılmasına səbəb olub. Qasırğa, eyni zamanda, məhsul yığımından əvvəl daha çox ehtiyac duyulan bəzi gübrə və kimyəvi maddələrin istehsalını və tədarükünü də çətinləşdirir. Təbii fəlakət pandemiyanın ziyan vurduğu kənd təsərrüfatı və ərzaq tədarükü zəncirində əlavə gərginliyə də gətirib çıxarıb.

Xərclərin artdığı, məhsul qiymətlərinin təxminən on ildə ən yüksək həddə çatdığı halda bu il artan mənfəəti hesablayan fermerlər gəlirlərdən məhrum olacaqlar.

Qeyd edək ki, kənd təsərrüfatı istehsalçıları kimyəvi maddələrin çatışmazlığından da əziyyət çəkirlər. Təchizatın kəsilməsi səbəbindən alaq otları ilə mübarizə üçün istifadə edilən qlifosat idxalı 71 faiz, kalium tədarükü isə 14,8 faiz azalıb. “İda” qasırğasından sonra “Bayer” şirkətinin Luiziana ştatındakı qlifosat fabriki bağlanıb.

Paylaş
Baxılıb: 32 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31