Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avropa İttifaqı Türkiyə ilə sıx əməkdaşlığa hazırdır

Avropa İttifaqı Türkiyə ilə sıx əməkdaşlığa hazırdır

27.09.2021 [14:13]

“Rəsmi Ankara ilə sıx əməkdaşlıq və koordinasiya Avropa İttifaqı-Türkiyə əlaqələrinin “onurğa sütunu”nu təşkil edir”. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borel BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündən sonra deyib.

Avropalı siyasətçi türkiyəli nazirlə Ankara ilə Brüssel arasındakı əlaqələrin vəziyyəti və perspektivləri, Kipr problemi, Şərqi Aralıq dənizi və Əfqanıstandakı vəziyyəti müzakirə etdiyini söyləyib. Eyni zamanda, C.Borel “Avropa İttifaqı Türkiyə ilə sıx əməkdaşlığa hazırdır”, - deyə bildirib.

Paylaş
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31